Bakıda retro gəlin maşını qəza törətdi

bakida-retro-gelin-masini-qeza-toretdi
Oxunma sayı: 3506

Bu gün axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun “Trend”ə istinadən məlumatına görə, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb.

Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir.

Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.