Bakıda Rusiya-Azərbaycan universiteti yaradıla bilər

bakida-rusiya-azerbaycan-universiteti-yaradila-biler
Oxunma sayı: 2580

“Rusiya və Azərbaycan Bakıda birgə universitetin yaradılması üzərində işləyir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. 

“Hazırda Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması təşəbbüsü müzakirə edilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, biz bunu kifayət qədər tez bir zamanda həyata keçirəcəyik”, - deyə Putin qeyd edib.