Bakıda Rusiya ifaçılarının iştirakı ilə diskoteka - Giriş pulsuzdur

bakida-rusiya-ifacilarinin-istiraki-ile-diskoteka
Oxunma sayı: 4647

Bu gün Heydər Əliyev Mərkəzinin yaxınlığındakı parkda, “Jara” Beynəlxalq Musiqi Festivalı çərçivəsində, Rusiyanın “MUZ TV” telekanalının təşkilatçılığı ilə açıq havada diskoteka olacaq.

Festivalın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “open-air” diskotekada Emin Ağalarov, Svetlana Loboda, İrina Dubtsova, HammAli & Navai, Mari Kraymberi, MBAND, Mot, NATAN, Nyuşa, Ciqan, Rauf & Faik, Zvonki, Aleksey Çumakov, Yuliya Kovalçuk, RASA, Mitya Fomin, İrina Nelson, Maşa Veber və başqaları çıxış edəcək.

Qeyd edək ki, saat 21:00-da başlayacaq tədbirə giriş pulsuzdur.