Amerikalı senator Ben Kardinin təqdim etdiyi sənədin müzakirəsinə qoşulanların əksəriyyəti Rusiyanın Krımı özünə birləşdirməsini, silahlı separatçıları dəstəkləməsini pisləyiblər və qətnamənin lehinə olublar. Sənəddə Rusiyanın Ukraynaya qarşı davranışının tənqidini sərtləşdirmək, Şimali Baltik regionuna hərbi təxribat uçuşlarına son qoyulması, qoşunların Baltik ölkələri sərhədindən geri çəkilməsi, Latviya, Litva və Estoniyanın rusdilli əhalisi arasında pozuculuq fəaliyyətinə son qoyulması tələb edir. Assambleya hesab edir ki, 2014-cü il martın 16-da Krımda keçirilmiş referendum qeyri-legitimdir və qanunsuz aktdır, nəticələrinin heç bir hüquqi qüvvəsi yoxdur. Rusiya Ukraynaya müdaxiləyə son qoymağa, öz hərəkətlərini Helsinki prinsiplərinə uyğun qurmağa çağırılır.
APA xəbər verir ki, qətnaməni 92 nümayəndə dəstəkləyib. 30 nəfər sənədin əleyhinə çıxıb, 27 nəfər bitərəf qalıb.
Son xəbərlər
Son Xəbərlər