Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub.
“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsində, "Aura" şadlıq evinin qarşısında 53 yaşlı Şərifov Nazir Yəhya oğlunu "Mercedes" markalı avtomobil vurub. N.Şərifov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.
"Mercedes"in sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Şərifov "Aura" şadlıq evindən çıxıb və yolu keçmək istəyirmiş.
Son xəbərlər
Son Xəbərlər