Bakıda şagird sinif yoldaşını bıçaqladı

bakida-sagird-sinif-yoldasini-bicaqladi
Oxunma sayı: 4546

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

Bu barədə “Qafqazinfo”ya məktəbdən məlumat verilib.

Bildirilib ki, hadisə dərsdən sonra qeydə alınıb.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Məktəbli hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Rasim Məmmədli