Bakıda şagirdlər arasında dava - 14 yaşlı məktəbli bıçaqlandı

bakida-sagirdler-arasinda-dava-
Oxunma sayı: 2991

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi 14 yaşlı İlkin M. məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı şagird ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən məktəbli saxlanılıb.

Xəstəxanadan bildirilib ki, bıçaq xəsarəti alan şagird əməliyyat olunub və hazırda vəziyyəti stabildir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəb şagirdinin bıçaqlanması faktına münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, bıçaqlanma hadisəsi məktəbdən kənarda baş verib:

“Dərsə gələrkən sinif yoldaşları arasında dava düşüb. Nəticədə məktəbli sinif yoldaşını bıçaqlayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.