Bakıda gecə ikən 3 ağac yoxa çıxıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın Xətai rayonu, Xocalı prospektində küçənin yaşıllıq zolağından 3 ağac gecə saatlarında kəsilərək aparılıb.
Məlumata görə, prospektin kənarında tikilən yeni obyektin sahibi həmin ağacları obyektin görünüşünü pozduğu üçün kəsdirib. Lakin ağaclar obyektin yox, küçənin ərazisindədir.
Hazırda məsələ ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər