Bakıda sahibkarın mağazasından narkotika aşkarlanıb.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam İsmayılovdan 0,147 qram heroin götürülüb.
Onun rayon ərazisindəki mağazasına baxış zamanı isə əlavə olaraq 300,822 qram heroin aşkar edilərək götürülüb.
Son xəbərlər
Son Xəbərlər