Gənc şair Şəhriyar Del Geraninin yaşadığı mənzili yarıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə şairin özü sosial şəbəkədə məlumat verib.
“Evə çatıb nə görsəm yaxşıdır? Pəncərənin "raşotka"sını divardan ayırıb giriblər evə. Evi "şumon" ediblər, amma, heç nəyi aparmayıblar, bircə kompüterimi götürüblər. Düzü, elə qiymətli əşyalarım filan da yoxdur aparılası. Qol saatlarım, gitara, bir neçə suvenirlər-filan. Guya kompüterin nə qiyməti var? 150-200 manata sata-satmaya. Amma, onun içində nə qədər mətnlər, qeydlər, çap olunmamış şeirlər, hekayələr vardı. Onlardan nə bilsin, mənə hansı ağır, hansı sarsıdıcı zərbəni vurub? Heç bilmirəm ərazi polisi tapacaqmı, tapmayacaqmı? Tapılsa belə, o kompüter salamat olacaqmı, olmayacaqmı? Elə indicə ərazi polisləri gəlib ilkin baxış keçirdilər”- deyə şair səhifəsində yazıb.
Xatırladaq ki, son günlər oğurluq hadisələrinin sayı çoxalıb. Bir neçə gün əvvəl “APA” informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun da evi qarət olunub.


Son xəbərlər
Son Xəbərlər