“Qafqazinfo” xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, ölkədə dönərlərlə bağlı qəbul olunan standartın tələbi tam olaraq pozulur: “Çox təəssüf ki, 2006-cı ildən ölkədə toyuq dönərlərinin satışı qadağan edilsə də, hazırda toyuq dönəri ətdən çox satılır. Monitorinqlər göstərir ki, 80% yerlərdə toyuq dönərləri satılır.
Dönərlər mərkəzləşdirilmiş qaydada hazırlanan yerdən alınmalıdır. Bundan əlavə onun saxlama şəraitinə də diqqət edilməlidir. Bu qaydaların heç birinə riayət olunmur”. SalamNews
Son xəbərlər
Son Xəbərlər