Bakıda saxta pul satan saxlanıldı

bakida-saxta-pul-satan-saxlanildi
Oxunma sayı: 1710

Saxta əskinas satan Bakı şəhəri sakini saxlanılıb. Yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23 000 rubl saxta əskinas satmasını bildirib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılib. İ.Qasımovdan 5000 rubl saxta əskinas götürülüb.