Bakıda şəhid əsgərin ailəsinə medal təqdim edilib

bakida-sehid-esgerin-ailesine-medal-teqdim-edilib
Oxunma sayı: 651

Fevralın 25-də cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Cəfərov Zakir Nazim oğlunun ailəsinə “Şücaətə görə” medalı təqdim edilib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Abdulla Qurbani, general-mayor Rasim Əliyev, Nizami rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Medal şəhid Z. Cəfərovun qardaşı Camala təqdim edilib.