Bakıda səkiləri daraldıb parkinq yaratdılar - Açıqlama+Fotolar

bakida-sekileri-daraldib-parkinq-yaratdilar
Oxunma sayı: 2719

Bakının Nizami rayonunda C.Naxçıvani və B.Çobanzadə küçələrinin kəsişməsində bəzi obyekt sahibləri tərəfindən piyada səkilərinin zəbt edilməsi  halları qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda - Xudu Məmmədov küçəsində qeydə alınıb.

Qeyd edilib ki, səkilərin zəbt olunması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri addımlar atılaraq, piyada səkisinin zəbt olunmasının qarşısı alınıb. Səkidə quraşdırılan və piyadaların hərəkətinə maneə yaradam konstruksiyalar yığışdırılıb. 

Vurğulanıb ki, səkilərin zəbt olunması yolverilməzdir. Bu cür hallar piyadaların rahat, təhlükəsiz və maneəsiz hərəkət imkanlarını məhdudlaşdırır. Piyadaların hərəkət təhlükəsizliyi səviyyəsini minimuma endirir.