Bakıda sərnişin avtobusları toqquşdu - Yenilənib

bakida-sernisin-avtobuslari-toqqusdu
Oxunma sayı: 4737

Bakının Nərimanov rayonunda “İveco” markalı iki sərnişin avtobusu toqquşub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, bu gün səhər Ziya Bünyadov prospektində qəzaya düşən İVECO markalı avtobuslar "BakuBus" MMC-nin istismarında olan nəqliyyat vasitələri deyil:

"Qəzaya uğrayan avtobuslar ümumiyyətlə şəhərdaxili hər hansı bir müntəzəm xətlərə aid deyil".