Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü - Foto

bakida-sernisin-avtobusu-piyadani-vurub-oldurdu
Oxunma sayı: 4244

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 8-i saat 07:15 radələrində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə 10 TF 992 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Əhmədli" metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.

Hadisəylə əlaqədar “Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev Agentliyə çağırılıb.

Qəza nəticəsində vəfat edən piyadanın təxminən 50 yaşlarında qadın olduğu bildirilir.

Qeyd edək ki, Zığ-Hövsan yolunda piyada keçidlərinin tikintisinin və yol salınmasının yarımçıq saxlanılması tez-tez analoji hadisələrin baş verməsinə səbəb olur. Artıq 3 ildir ki, tikinti işləri yarımçıq saxlanıb və sakinlər keçiddən istifadə edə bilmirlər.

Murad Əhməd