“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "IVECO" markalı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.
Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Son xəbərlər
Son Xəbərlər