Bakıda sərnişin avtobusu yandı

bakida-sernisin-avtobusu-yandi
Oxunma sayı: 1032


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda “TRANSQEY ” MMC-yə məxsus “DAEVOO” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd  arxa oturacaq yanıb. Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar əriyib. 

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. 

Faktla bağlı araşdırma aparılır.