“Qafqazinfo” xəbər verir ki, Ramil Qurbanov adlı oxucunun ans press-ə verdiyi məlumata görə, 50 yaşı olan bir kişi 3-cü mikrorayon bazarının yaxınlığında, yolun kənarında bir kiş hərəkətsiz vəziyyətdə uzanıb. Şahid həmin şəxsin vəziyyəti ağır olduğunu, güclə nəfəs aldığını deyərək can verdiyindən şübhələndiyini bildirdi.
Ramil Qurbanov bu barədə polisə və həkimlərə xəbər verdiyini dedi. Şikayətçinin sözlərinə görə, hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardımın əməkdaşları gəlsə də, onu xəstəxanalıq olmadığı qənaətinə gələrək ərazidən uzaqlaşıblar. Polisdən isə heç bir səs-soraq çıxmayıb.
Məsələ ilə bağlı Təcili və Təxirəsaılnmaz Tibbi Yardımla əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin şəxs sadəcə sərxoşdur, həyatı üçün heç bir təhlükə olmadığına görə, xəstəxanaya aparılmayıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları isə sərxoş şəxsin harada uzanıb qaldığını tapa bilməyiblər. Bir müddət bölgədə axtarışlar həyata keçirib. Sonda onun yerini tapa biliblər.
“Biz onu yolun kənarında aşkarladıq. Vətəndaşın telefonda bizə dediyi kimi vəziyyəti ölümcül deyildi. Sadəcə tüfeyli həyat keçirir. Möhkəm içkili olub. Vətəndaş da elə bilib ki, can verir. İçkili şəxsi xəstəxanaya göndərdik”, - deyə Nəsimi RPİ-dən bildirdilər.
Son xəbərlər
Son Xəbərlər