Bakı şəhər BPİ-dən "Qafqazinfo"ya verilən məlumata görə, mayın 3-də saat 20:20 radələrində Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevaya bıçaqla xəsarət yetiriblər. Məlum olub ki, Nərgiz Babayevanı əvvəllər onunla qeyri-rəsmi yaşayan Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Lətif Yasəf oğlu Babayev bıçaqlayıb.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadını bıçaqlayan şəxs tutulub.
Son xəbərlər
Son Xəbərlər