Bakıda sexdə yanğın olub

bakida-sexde-yangin-olub
Oxunma sayı: 2077

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Belə ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.