Nizami rayonunda “ Neolit” restoranı yaxınlığında “Shacman” markalı maşının yük yeri qəflətən alışıb.
“Qafqazinfo” xəbər verir ki, sürücü maşının yük hissəsində tikinti materiallarının qırıqlarını daşıyırmış. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.
Yanğın artıq söndürülüb.