Bakıda sığorta forumu keçirilir

bakida-sigorta-forumu-kecirilir
Oxunma sayı: 684


“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir. Forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov iştirak edir. Daha sonra tədbir konfransla davam edəcək. 

Forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub. Sabah isə tədbir paralel keçirilən 2 seminarla davam edəcək. 

Sayca altıncı olacaq builki Forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.