Bakıda silah alverçiləri saxlanıldı -

bakida-silah-alvercileri-saxlanildi-
Oxunma sayı: 1056


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb. Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədi ilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulub.

E.Həsənovun evinə baxış zamanı “Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.

“Qafqazinfo”