Bakıda silahlı şəxs saxlanılıb

bakida-silahli-sexs-saxlanilib
Oxunma sayı: 1153

Bakıda polis daha bir silahlı şəxsi yaxalayıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qaqaş Musayevdən nömrəsi silinmiş “Naqan” tipli tapança və 5 ədəd patron götürülüb.