Bakıda səfirlik əməkdaşlarının yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Səbail rayonu, Neftçilər prospektində bir neçə gün öncə baş verib. Şamaxı rayon sakini Qəzənfər Nəzərovun idarə etdiyi “London-Taxi” markalı 10 TH 507, Cəbrayıl rayon sakini təvəllüdlü İsmayıl Quliyevin idarə etdiyi eyni markalı 10 AT 774 nömrəli və Bakı şəhər sakini Emil Mərdanovun idarə etdiyi “Vaz-21214” markalı 90 TT 126 nömrəli avtomobillər toqquşub.
Qəza nəticəsində Q.Nəzərovun idarə etdiyi avtomobilin sərnişinləri olan Türkiyə səfirliyinin əməkdaşları, səfirin üçüncü katibi və müşaviri xəsarat alıblar. Yaralılar Mərkəzi Klinikaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib. Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər