Bakıda siqaretlər ucuzlaşır?

bakida-siqaretler-ucuzlasir
Oxunma sayı: 6815

Bakı şəhərinin bir sıra satış nöqtələrində bu axşamdan etibarən siqaretlərin qiymətlərində əhəmiyyətli ucuzlaşma qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı virtualaz.org yayıb. Sayt yazır ki, markasından asılı olaraq siqaretlərin qiyməti 25 faizdən 30 faizə qədər aşağı düşüb.

Amma siqaret qiymətlərinin düşməsi ilə bağlı heç bir rəsmi qurum açıqlama verməyib.

Xatırladaq ki, dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20%, yanvar ayının ortalarında isə daha 20% bahalaşmışdı.