Bakıda Şri-Lanka vətəndaşları itkin düşüb

bakida-sri-lanka-vetendaslari-itkin-dusub
Oxunma sayı: 2094

Azərbaycanda Şri-Lanka vətəndaşları itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Mariyanayagam Babişan mayın 22-si saat 17:00 radələrində həmyerlisi Royal adlı şəxslə evdən çıxıb və geri qayıtmayıb. 

Onun qardaşı Mariyanayagam Qobişan bununla bağlı polisə müraciət edib. 

O bildirib ki, qardaşı Bülbül prospektində yerləşən evlərindən ayrıldıqdan sonra bir daha geri dönməyib.