Bakıda “stoyanşik” maşın qaçırdı

bakida-stoyansik-masin-qacirdi
Oxunma sayı: 726

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də saat 9 radələrində Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov saat 11 radələrində polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.