“Qafqazinfo” ANS-ə istinadən xəbər verir ki, onların üzərində "Taksidə qalıb. Qonşular, tapın verin yiyəsinə" kəlmələri yazılmış kağız da olub. Çantaların qoyulduğu ərazi Teymur Əliyev adlı şəxsə məxsus fərdi evin darvazasının önüdür. Teymur Əliyev isə bizə müsahibə verməkdən boyun qaçırsa da, şifahi olaraq bildirdi ki, o, bu çantalara heç əl də vurmayıb. İçərisində nə olduğundan da xəbərsizdir. Sadəcə çantaların sahibini araşdırmaq üçün qonşulara müraciət edib. Şübhəli çantaları görər-görməz sakinlərlə birgə hüquq-mühafizə orqanlarına müracət etdik. Dərhal əraziyə Binəqədi Rayon Polis İdarəsi və idarənin 40-cı polis bölməsinin əməkdaşları cəlb olundu. Çantalara baxış keçirməyə başlandı.
Ərazidəki sakinlər çantanın olduğu yerdən uzaqlaşdırıldı. Ekspert qrupu çantaları bir-bir araşdırmağa başladı. Məlum oldu ki, çanta hansısa bir xanıma məxsusdur. Təhqiqatçı bildirdi ki, çantalardan tapılan mobil telefon onların kimə məxsusluğunu da müəyyən etməyə kömək edəcək.
Çantalara baxış başa çatandan sonra, onlar Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə aparıldı.
Faktla bağlı araşdırmalara davam edir.
Son xəbərlər
Son Xəbərlər