Bakıda sulu qar yağacaq

bakida-sulu-qar-yagacaq
Oxunma sayı: 2136



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir. 

Azərbaycanın rayonlarında yanvarın 26-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.