Bakıda sürət yarışına çıxdılar - Video

bakida-suret-yarisina-cixdilar
Oxunma sayı: 4055

Bakıda sürət yarışı keçirən iki sürücü tutulub.

“Qafqazinfo” Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, "Mercedes" markalı, 77-YG-294 nömrə nişanlı maşının sürücüsü Mehdi Kərimovla "Mercedes" markalı, 11-BH-180 nömrə avtomobilin sürücüsü Sadiq Abbasov saxlanılıb.

Avtoxuliqanlıq etdikləri üçün Suraxanı Rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən saxlanan şəxslər barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub.

Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən, hər iki şəxsə 2 il müddətə sürücülük hüququ məhdudlaşdırılmaqla 2500 manat cərimə cəzası verilib.