Bakıda sursat tapıldı -

bakida-sursat-tapildi-
Oxunma sayı: 692


“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumata daxil olub. Lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 2 ədəd top mərmisidir. Mərmilər aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar olunmayıb. 

“Qafqazinfo”