Bakıda sürücü yolu keçən qadını vurub

bakida-surucu-yolu-kecen-qadini-vurub
Oxunma sayı: 778


“Qafqazinfo”nun DİN-in saytına istinadən xəbər verir ki, avqustun 13-də saat 22 radələrində Nəsimi rayonu S.Seyidzadə küçəsində Bakı şəhər sakini Paşa Rzayev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.