Bakıda sürücüləri şantaj etdiyi deyilən qadın cərimələndi

bakida-suruculeri-santaj-etdiyi-deyilen-qadin-cerimelendi
Oxunma sayı: 3048

Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olunaraq Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) gətirilib.

Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.

43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadının yoldan keçən avtomobillərə əyləşərək, sürücüləri şantaj etdiyi bildirilirdi.