Bakıda taksi yanıb - Fotolar

bakida-taksi-yanib
Oxunma sayı: 1129

Bakının Suraxanı rayonu ərazisində yanğın baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan Elman Abuzərova məxsus “Daewoo Nexia” markalı avtomobilin mühərrik hissəsində baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.