Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi

Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi
Oxunma sayı: 2112

Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.

"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ev 1, mənzil 46-da baş verib.

Həmin ünvanda fəaliyyət göstərən "İnterpazarlama" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru İsmayıl Bülbül polisə müraciət edərək bildirib ki, Lənkəran rayonu, Göyşaban kənd sakini, MMC-nin cənub bölgəsi üzrə satış təmsilçisi işləmiş Cavadov Elvin Əlişan oğlu şirkətin 72 min 922 manatını qanunsuz olaraq ələ keçirib.

Faktla bağlı cinayət işi başlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi