Bakıda tanış olmuşdular, xəyanət etdi

bakida-tanis-olmusdular-xeyanet-etdi
Oxunma sayı: 5836

“Rammstein” qrupunun vokalisti Till Lindemanın sevgilisi, Rusiyanın pop ulduzu Svetlana Lobodaya xəyanət etdiyi ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, rok ifaçısı bir neçə gün bundan əvvəl Moskvanın mərkəzindəki kafelərdən birində naməlum bir sarışın xanımla görüntülənib.

Lindemann və onu müşayiət edən rus dilli xanım ətrafdakı bütün masaları rezerv edib ki, onları narahat edən olmasın.

Rusiya KİV orqanları yazır ki, cütlük olduqca səmimi olub, içki içərək gecə boyu əylənib. Onların dost olmadığı, romantik söhbət etdikləri vurğulanıb.

Qeyd edək ki, Till və Loboda 2017-ci ildə Azərbaycanda baş tutan “Jara” musiqi festivalı zamanı tanış olmuş, bundan sonra eşq yaşamağa başlamışdılar. Onların bu münasibətdən bir qız övladı var.