Bakıda “Taxta bazarı”nda yanğın - Yenilənib + Fotolar

bakida-taxta-bazarinda-yangin
Oxunma sayı: 7194

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib.

"Qafqazinfo" bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə  Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

**

Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.