Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşdü- - 6 yaralı

bakida-tecili-tibbi-yardim-masini-agir-qezaya-dusdu-
Oxunma sayı: 3374


“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib. “Toyota Rav 4” markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının “Mercedes” markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var.

Faktla bağlı araşdırmalar aparılır.