Bakıda təcili yardım maşını qəzaya düşdü, yaralılar var - Yenilənib + Fotolar

bakida-tecili-yardim-masini-qezaya-dusdu-yaralilar-var
Oxunma sayı: 2968

Bakıda təcili tibbi yardım avtomobili qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev prospektində Mircəfər Bağırov körpüsünün yaxınlığında təcili tibbi yardım maşını ilə “Mercedes” markalı avtomobil toqquşub.

Xəsarət alanların olduğu bildirilir. Hazırda həmin istiqamətdə tıxac var. DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.

***

"Report" xəbər verir ki, zəncirvari qəza zamanı 1978-ci il təvəllüdlü Həmidova Gültəkin Allahverdi qızı, 2001-ci il təvəllüdlü Allahverdiyeva Aysel Ayaz qızı, 1980-ci il təvəllüdlü Allahverdiyeva Ləman Allahverdi qızı və 1995-ci il təvəllüdlü Həsənli Abbas Tağı oğlu xəsarət alıblar. 

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həmidova Gültəkinə qasıq və omba sümüklərinin sınığı diaqnozu qoyulub və palataya yerləşdirilib. Digər xəsarət alanlara isə döş qəfəsinin küt travması diaqnozu qoyulub və onlar ambulator müalicəyə buraxılıb.

Murad Əhməd  

Foto: Rəşad Türkoğlu