Bakıda təcili yardımın həkimləri döyüldü

bakida-tecili-yardimin-hekimleri-doyuldu
Oxunma sayı: 2896

Dünən Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının həkimləri xoşagəlməz hadisə ilə üzləşiblər.

“Qafqazinfo” haqqın.az-a istinadən xəbər verir ki, həkimlər və tibb bacısı Aynur Süleymanova saat 16:00 radələrində Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Burada onlara iki naməlum şəxs hücum edərək döyüb. Təcili tibbi yardım işçiləri güclə hadisə yerindən uzaqlaşa biliblər.

Hal-hazırda faktla bağlı araşdırma aparılır. Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar. \ oxu.az