Bakıda təhlükəli 14 ağac- - Video

bakida-tehlukeli-14-agac-
Oxunma sayı: 1355


“Qafqazinfo”nun ANS TV-yə istinadən verdiyi məlumata görə, sakinlər deyir ki, ağaclar barəsində tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Qurumdan gələrək baxış keçirən əməkdaşlar 14 ağac barəsində rəy verib, onlardan bəzilərinin budanması və bir şam ağacının isə əyildiyi üçün dik vəziyyətə gətirilməsinə qərar verilib. Bina sakinlərinin sözlərinə görə, rəy verildikdən sonra dəfələrlə yaşıllaşdırma idarəsinə işin icrası üçün müraciət ediblər. Ancaq hər dəfə müxtəlif səbəblər gətirilərək heç bir tədbir görülməyib.

Ağaclardan bəzilərinin aşmasının qarşısını almaq üçün sakinlər onları naqil vasitəsilə bağlayıblar. Bina sakinlərinin istifadəsində olan xeyir-şər evi də elə bu ağacın altında yerləşir. Sadəcə bir güclü küləyin olması kifayət edər ki, ağac mərasim zalının üstünə aşsın.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin rəsmis Nurəddin Rzayev bildirildi ki, texnika ilə bağlı heç bir problem yoxdur. Sadəcə müraciətlər çox olduğu üçün hər birini həyata keçirmək üçün vaxt tələb olunur.