Bakıda təhlükəli avtodayanacaq- - Foto

bakida-tehlukeli-avtodayanacaq-
Oxunma sayı: 3101


Oxuculardan birinin “Qafqazinfo”ya verdiyi məlumata görə, həmin dayanacağa nəzarət edənlər yalnız pul yığmaqla məşğuldur və onlar avtomobillərə nəzarət etmirlər. Hətta bu barədə elan da vurulub. Elanda yazılıb: “Avtodayanacaqda avtomobillərdən itən əşyalara və onlara dəyən ziyana görə avtodayanacaq məsuliyyət daşımır”.

Vətəndaş isə “biz maşını saxlayandan sonra onun təhlükəsizliyindən ötrü avtodayanacaqda qalacağıqsa, onda heç bir çek, sənəd almadan 1 manatı niyə niyə veririk?” - deyə, sual edir.

Qeyd edək ki, avtodayanacağın “Dalğa Plaza”ya aid olduğu deyilir.