Bakıda tələbələr təqaüdlərini ala bilmir- - Universitetlərdən reaksiya

bakida-telebeler-teqaudlerini-ala-bilmir-
Oxunma sayı: 2600


Məsələ ilə bağlı “Qafqazinfo” bir neçə universitetlə əlaqə saxlayaraq gecikdirilmənin səbəbini öyrənməyə çalışıb.

Tibb universitetinin nümayəndəsi bildirib ki, Təhsil Nazirliyi 2015- ci illə bağlı xərcləri köçürmədiyindən təqaüdlər gecikdirilir. Vəsait köçürülən kimi tələbələrin təqaüdü veriləcək. Aldığımız məlumata görə, bu  günlərdə problem həll olunacaq. 

İqtisad universitetindən də eyni problemin olduğunu təsdiqləyiblər.

Sözügedən məsələ ilə bağlı “Qafqazinfo” Təhsil Nazirliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, cari ilin müvafiq dövrü üçün ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin ödənilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təmin edilib.

Günel Türksoy