Bakıda təmayül sinifdə təhsil alan şagirdlərin sayı açıqlandı

bakida-temayul-sinifde-tehsil-alan-sagirdlerin-sayi-aciqlandi
Oxunma sayı: 1010

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 17 241 şagird təhsil alıb.  

Bu barədə “Qafqazinfo”ya BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib. 

İdarə tərəfindən qurumun tabeliyindəki təhsil müəssisələrindəki təmayül siniflər haqqında məlumatlar toplanılıb və inkişaf perspektivləri təhlil edilib. Qeyd edilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.