Bakıda temperatur normadan yüksək olub - Faktiki hava

bakida-temperatur-normadan-yuksek-olub
Oxunma sayı: 2741

İyunun 7-si səhərədək əksər rayonlarda  şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə  intensiv olub.

Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Oğuzda 14 mm, Şamaxı, Kürdəmirdə 13 mm, Hacıqabulda 10 mm, Sabirabad, Kişçayda (Şəki) 9 mm, Cəfərxanda 5 mm, Ağdərə (Ordubad), Lənkəranda 3 mm, Sarıbaş (Qax), Mərəzədə 2 mm, Qəbələ, Göyçay, Xınalıq, Zaqatala, Şahbuz, Salyan, Şahdağda 1 mm olub.

Temperatur Bakıda iqlim normasından 1,5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-29, aran rayonlarında 29-32, dağlıq rayonlarda 19-23, Naxçıvan MR-da 25-31 dərəcə isti olub.