Bakının Zabrat qəsəbəsində iaşə obyektində partlayış olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə “Gəncə təndiri” adlanan məkanda qeydə alınıb.
Həmçinin oxuyun: Отправился в Лерик на отдых, упал в овраг и умер - Фото
Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü həmin obyektin işçisi, 1-i müştəridir.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda araşdırma aparılır.
İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.
***
Təndirxanada baş vermiş partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.
Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb:
"Bu gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.
Nəticədə 5 nəfər yanıq xəsarəti alıb. Onlardan 4-ü 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər