Bakıda təyyarə qəzası

bakida-teyyare-qezasi-
Oxunma sayı: 3570


"Qafqazinfo" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında təyyarə Maştağa qəsəbəsi ərazisinə düşüb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.