Bakıda təyyarənin məcburi enişinə səbəb olan əcnəbi qadın öldü

bakida-teyyarenin-mecburi-enisine-sebeb-olan-ecnebi-qadin-oldu
Oxunma sayı: 2079


"Mərhum gecə saatlarında elə xəstəxanada dünyasını dəyişib. O, xəstəxanaya saat 16:50-də daxil olub. Alen Lasten saat 19:20-də kəskin ürək çatışmazlığından vəfat edib", - məlumatda bildirilib.

Xatırladaq ki, dünən aprelin 19-da Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Buna səbəb sərnişinlərdən birinin vəziyyətinin kəskin pisləşməsi olub. Məcburi eniş 16:02-də baş verib və həmin təyyarədə olan 73 yaşlı Danimarka vətəndaşı Alen Lasten reysdən çıxarılıb. Vəziyyəti pisləşən sərnişin 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdirilmişdi.